Mərhum xalq artisti, məşhur qarmon ifaçısı Aftandil İsrafilovun Novxanıda yerləşən bağ evi fantastik qiymətə satışa çıxarılıb.
KONKRET.az xəbər verir ki, satışla bağlı elan TikTok platformasında yerləşdirilib.
Məlumata görə, villa təxminən 20 sot torpaq sahəsində yerləşir və ümumi olaraq 650 kvadratmetr sahəyə malikdir. Villanın 10 otağı var və qiyməti nə az, nə çox, düz 1 milyon 150 min manatdır.
Qeyd olunub ki, villanı alan şəxsə çox böyük endirim və iki ədəd hədiyyə də nəzərdə tutulur.
Rəylərdə isə elanla bağlı müxtəlif fikirlər səsləndirilib. Belə ki, bəzi istifadəçilər 2 il öncə villanın makler tərəfindən 180 min manata təklif olunduğunu yazıblar. İndi isə “od qiyməti”nə təklif olunduğunu anlamadıqlarını bildiriblər.
Müşviq Tofiqoğlu
KONKRET.az
