Kərtənkələ keçirmək istədi – Gömrükdə saxlanıldı – FOTO – VİDEObackend

Kərtənkələ keçirmək istədi - Gömrükdə saxlanıldı - FOTO - VİDEO

Kalininqradda sərhəddə “Qırmızı Kitab”a daxil edilmiş 100-dən çox canlı kərtənkələ saxlanılıb — qadın onları gödəkçəsinin astarında keçirməyə çalışıb.

KONKRET.az xəbər verir ki, gömrük əməkdaşları Polşaya çıxmaq istəyən zaman şübhəli sərnişini aşkar ediblər. Yoxlama zamanı qadının gödəkçəsində uzunluğu 10–15 santimetr olan 116 sürünən tapılıb.

“Qırmızı Kitab”a daxil edilmiş qulaqlı dairəbaş kərtənkələlər hər birində 3–5 ədəd olmaqla kətan kisələrə yerləşdirilib və bu kisələr gödəkçənin astarına tikilib.

Sərnişin sorğu zamanı kərtənkələləri mükafat qarşılığında Almaniyaya apardığını bildirib.

İndi qaçaqmalçını külli miqdarda cərimə gözləyir. Kərtənkələlər isə Kalininqrad Ekzotik Heyvanlara Yardım Mərkəzinə təhvil verilib.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*