Gürcüstan parlamentinin deputatı mənzilində ÖLÜ TAPILDIbackend

Gürcüstan parlamentinin deputatı mənzilində ÖLÜ TAPILDI

Gürcüstan parlamentinin deputatı İrakli Xaxubiya mənzilində ölü tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə oktyabrın 27-də Mtavari telekanalı xəbər verir.

Gürcüstan parlamentinin Poti, Senaki və Xobidən olan majoritar deputatı İrakli Xaxubia bu gün Tbilisidə öz mənzilində ölü tapılıb.

Məlumata görə, 51 yaşlı İrakli Xaxubiyanın ölümünü onun həyat yoldaşı bildirib. Ailə hələlik hadisənin səbəbləri barədə danışmayıb.

Deputatın evindən odlu silah-sursat tapıldığı da məlum olub. Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə araşdırma aparılır.

Xaxubiya Gürcüstan parlamentinin 9-cu və 10-cu çağırışların hakim “Gürcü Arzusu” partiyasından deputatı olub.

Deputatın oğlu, 21 yaşlı Beka Xaxubiya 2017-ci il mayın 17-də Qori tunelinin yaxınlığında avtomobil qəzasında dünyasını dəyişib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*