Tbilisidəki etirazlarda saxlanılanların sayı artdı – YENİLƏNİBbackend

Tbilisidəki etirazlarda saxlanılanların sayı artdı - YENİLƏNİB

Gürcüstandakı etiraz aksiyalarında daha 10 nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, ötən gündən saxlanılanların sayı 76-ya çatıb.

Qeyd edək ki, dünəndən başlayaraq bu gün səhər saatlarına kimi Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranmışdı. Binanın önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar parlamentin plenar sessiyasında müzakirə edilən “xarici agentlər” haqqında qanuna etiraz edirdilər.

11:44

Ötən gün Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyası zamanı 66 nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Bildirilib ki, qanunverici orqanın binasına od vuran etirazçılar daşlar ataraq parlamentin pəncərəsini sındırıblar və qoruyucu dəmir barrikadalara zərər veriblər. Etirazçılar polis istiqamətində pirotexniki vasitələr və Molotov kokteylləri atdığı, nəticədə 50 polis əməkdaşının xəsarət aldığı bildirilib. Məlumata görə yaralanan polislərdən bəzilərinə cərrahi müdaxilə edilib. Gürcüstan DİN polisin proporsional güc tətbiq etdiyini açıqlayıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*