Gürcüstanda həkimlər Marneulidə beşmərtəbəli binanın eyvanının uçması nəticəsində ölən hamilə qadının körpəsini xilas edə bilib.
KONKRET.az xəbər verir ki, bu barədə SputnikGeorgia məlumat yayıb. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub.
Nəticədə 1 nəfər ölüb, daha bir neçə nəfərin isə yaralandığı bildirilir.
Dünyasını dəyişən qadın 7 aylıq hamilə olub və klinikaya aparılmazdan əvvəl vəfat edib.
Məlumata görə, həkimlər təcili qeysəriyyə əməliyyatı ediblər və körpəni xilas edə biliblər.
Qeyd edək ki, daha iki uşaq da xəstəxanadadır. Səkkiz yaşlı qız süni tənəffüs aparatına qoşulub, yeddi yaşlı oğlanın vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Xuraman Etibarlı,
KONKRET.az
