Gürcüstanda qazaxıstanlı jurnalist ÖLDÜRÜLDÜbackend

Gürcüstanda qazaxıstanlı jurnalist ÖLDÜRÜLDÜ

Sosial şəbəkələrdə qazaxıstanlı jurnalistin Gürcüstanda müəmmalı şəraitdə qətlə yetirilməsi ilə bağlı məlumat yayılıb.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Nazirə Darımbet “Jurnalists of Kazakhstan” qrupunda yazıb.

Onun sözlərinə görə, mayın 21-də həmkarı Janbota Tolegen Gürcüstanın Telavi şəhərində öldürülüb. Bu barədə ona Janbotanın sinif yoldaşları məlumat verib.

Qeyd olunub ki, o, sonuncu dəfə mayın 19-da “WhatsAppda həmkarı ilə danışıb.

Darımbet əlavə edib ki, itkin düşən jurnalist 35 yaşlı qohumu ilə yaşayıb.

O, hüquq-mühafizə orqanlarına müraciət edib.

Qazaxıstan Xarici İşlər Nazirliyindən bildirilib ki, məlumat yoxlanılır.

Qeyd edək ki, jurnalistin ölümü barədə daha əvvəl onun yaxınları məlumat verib. Janbota Tolegen iyunun 2-də Astana yaxınlığındakı Koyandı kəndində dəfn edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*