Gürcüstanda etiraz aksiyalarında saxlanılanların hamısı sərbəst buraxılıb.
KONKRET.az xəbər verir ki, bu haqda bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Martın 7-də və 8-də parlament yaxınlığında keçirilən etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin müxtəlif qurumları tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq saxlanılan şəxslərin hamısı sərbəst buraxılıb”, – məlumatda deyilir.
Qeyd olunur ki, saxlanılanlardan bəziləri məhkəmə qarşısına çıxarılıb.
