Gürcüstanın baş naziri istefası HAQDA danışdıbackend

Gürcüstanın baş naziri istefası HAQDA danışdı

“Mən istefaya getmək fikrində deyiləm, bu, tamamilə absurddur. Əksinə, bizim vəzifəmiz komandamızın üzərinə götürdüyü bütün şərtləri tam şəkildə yerinə yetirməkdir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili ölkəsinin Aİ-yə namizəd ölkə statusunun verilməməsindən sonra istefaya gedib-getməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Mən keçən ilin fevralında baş nazir oldum. Bundan sonra komandamız seçkilərdə səkkizinci dəfə layiqli qələbə çaldıq və mən xalqdan ölkəyə xidmət etmək üçün mandat aldım”. “Georgia News” nəşri onun sözlərindən sitat gətirib.

Xatırladaq ki, Aİ Ukrayna və Moldovaya namizəd status verib, Gürcüstana isə Rusiyaya görə “yox” deyib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*