Hakan Fidan Azərbaycana Azov hadisəsinə görə başsağlığı verdibackend

Hakan Fidan Azərbaycana Azov hadisəsinə görə başsağlığı verdi

Türkiyənin xarici işlə naziri Hakan Fidan Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı Azərbaycana başsağlığı verdiyini bildirib.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində “Natra” və “Zirkon” yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfər isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*