“Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşmək niyyətindədir”.
KONKRET.az xəbər verir ki, Türkiyəli diplomat bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Fidanın sözlərinə görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüş 2023-cü il sentyabrın 1-də Moskvada baş tutacaq.
Qeyd edək ki, avqustun 31-də iki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşdə Ukrayna məsələsi müzakirə olunub.
