Türkiyənin Hatay bölgəsində etirazçılar yolu bağlayıblar.
KONKRET.az xəbər verir ki, Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərərçəkənlər Hatayda etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları hökumətin onlar üçün tikilən binalarda asbestdən istifadə etməsi təhlükəsinə qarşı çıxıblar. Jandarm onları qazla qovmağa çalışr və həbs edir.
Onlar hesab edirlər ki, asbest tozu ilə daimi təmas nəticəsində, məsələn, asbestoz, mezotelyoma, ağciyər xərçəngi, mədə xərçəngi və yumurtalıq xərçəngi inkişaf edir.
Bir çox ölkələrdə onun istifadəsi qadağan edilib və ya ciddi şəkildə məhdudlaşdırılıb. Lakin bəzi inkişaf etməkdə olan ölkələrdə aşağı qiymətə görə hələ də istifadə olunur.
Xuraman Etibarlı,
KONKRET.az
