“Hazırda sərhəddə heç bir yığılma yoxdur və bu gün, sabah genişmiqyaslı müharibə olmayacaq”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Koçaryan bildirib.
O deyib ki, hazırda Ermənistan-Azərbaycan sərhədində Azərbaycan hərbçilərinin cəmləşməsi yoxdur,
“Hazırda sərhəddə heç bir yığılma yoxdur və bu gün, sabah genişmiqyaslı müharibə olmayacaq. Amma sabahkı gün nə baş verəcəyi ölkəmizdə təhlükəsizlik problemlərinin həllinə necə yanaşmağımızdan asılıdır”, – deyə Koçaryan qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
