Həbsdə olan erməni blogerin səhhəti PİSLƏŞDİ – Xəstəxanaya yerləşdirildi – VİDEObackend

Həbsdə olan erməni blogerin səhhəti PİSLƏŞDİ - Xəstəxanaya yerləşdirildi - VİDEO

Həbsdə olan erməni bloger, “Azatağrum” hərəkatının rəhbəri Miki Badalyan xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə blogerin vəkili xəbər verib. Vəkil blogerin daxili qanaxması və insult qabağı vəziyyətdə olduğunu bildirib.

“Mikael Badalyanın səhhəti kəskin pisləşib (daxili qanaxma, insultdan əvvəlki vəziyyət), indi o, artıq Respublika Xəstəxanasına aparılır”, – deyə vəkil bildirib.

Xatırladaq ki, Badalyan mayın 24-də həbs edilib. Badalyan həbs qərarını siyasi motivli hesab edir. Ermənistan İstintaq Komitəsinin bəyanatına görə, bloger dəqiq məlumatlara malik olmadan aprelin 11-də özünün Telegram kanalında Ermənistanda fövqəladə vəziyyətin tətbiqi üçün terror aktlarının həyata keçirilə biləcəyi barədə bəyanat yayıb. O, 259-cu (terror aktı barədə yalan məlumat vermək) maddəsi ilə ittiham olunub.

Badalyan həm də Azərbaycana qarşı haqsız çıxışları ilə seçilir.

Qeyd edək ki, iyulun 18-də Badalyanın həbs müddəti 20 sutka uzadılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*