HƏBSXANAYA HÜCUM edildi, 20 nəfər öldübackend

HƏBSXANAYA HÜCUM edildi, 20 nəfər öldü

Əfqanıstanın şərqindəki Nangarhar əyalətinin paytaxtı Cəlalabad şəhərindəki bir həbsxanaya edilən hücumda ən az 20 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə bazar ertəsi 1TV kanalı mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl TOLOnews telekanalı hadisə nəticəsində 5 ölü və 42 nəfərin yaralanması barədə məlumat vermişdi.

1TV-nin verdiyi məlumata görə, intiharçı bomba yüklü bir avtomobili Cəlalabad həbsxanasının yaxınlığında partladıb.

TOLOnews-un daha sonra xəbər verdiyi kimi, yaraqlılar partlayış nəticəsində binaya daxil ola biliblər.

Toqquşmalar bazar ertəsi səhərə qədər davam edib, hücum edən yaraqlılardan beşi məhv edilib.

Adı açıqlanmayan bir mənbəyə görə, hücum zamanı islah müəssisəsindən məhbuslar qaçmağa çalışıb. 700 nəfərin yaxalandığı deyilir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*