“Heç bir hökumət cəmiyyət üçün bu qədər qapalı və əlçatmaz olmayıb”backend

“Heç bir hökumət cəmiyyət üçün bu qədər qapalı və əlçatmaz olmayıb”

“2024-cü il parlamentdə dünəndən başlayıb. Paşinyanın da iştirak etdiyi büdcə layihəsinin müzakirəsi ilə. Nikolun varlığı isə parlament dəhlizlərində təhlükəsizlik zabitlərinin sayı ilə hiss olunurdu”.

KONKRET.az xəbər verir ki, “Hraparak” qəzetində Ermənistan hakimiyyəti sərt tənqid olunub.

Nəşrdə verilən yazıda xüsusi olaraq vurğulanır ki, iclas zalında deputatların stollarından su qabları və hətta qələmlər belə yığışdırılıb:

“Əvvəlki hökumətlərdən heç nə ilə geri qalmayan Paşinyan komandası var və özünü demokratik hakimiyyət adlandıran bir dəstə hesab edir ki, 3 milyonluq əhalidən daha üstündür. Küçədən hakimiyyətə gələnlər camaata dövlət binalarındakı pəncərələrdən baxır. Baş nazir başda olmaqla, heç bir məmura bir vətəndaş belə yaxınlaşa bilmir. Hətta hökumət üzvləri də jurnalistlər üçün əlçatmaz olub. Heç bir hökumət cəmiyyətdən bu qədər qapalı olmayıb.

Əvvəllər hökumətin sual-cavab sessiyasında fasilə zamanı hökumət üzvləri həmişə jurnalistlərlə ünsiyyətdə olurdu, onların suallarını cavablandırırdılar. İndi isə deputatlar iclas zalına arxa girişdən daxil olurlar. Milli Məclisin sədri üçün nəzərdə tutulan qapıdan isə çıxırlar.

Büdcəyə gəlincə, layihənin aşağıdakı cümləsi onun ən yaxşı təsvirini verir. “Biz büdcəni elə bir şəraitdə tərtib edirik ki, bizdə təhlükəsizliklə bağlı problemlər, on minlərlə məcburi köçkün var və onlar üçün Ermənistanda layiqli həyatı təmin etməliyik”.

Artsvik Minasyan bunu nekroloq adlandırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*