“Heç bir yardım paketi rusları dayandıra bilməz” – Kulebabackend

“Heç bir yardım paketi rusları dayandıra bilməz” - Kuleba

“Qərb Avropada sülh dövrünün bitdiyini başa düşməlidir”.

KONKRET.az xəbər verir ki, bu özləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O, ABŞ-ın ölkəsinə 60 milyard dollardan çox hərbi yardım paketinin təsdiqini alqışlayıb, lakin bunun Rusiya ilə müharibədə qalib gəlmək üçün kifayət etmədiyini deyib

“Heç bir paket rusları dayandıra bilməz. Rusları dayandıracaq şey bütün Ukraynanın və onun tərəfdaşlarının vahid cəbhəsidir… İki illik müharibədə Rusiyanın hərbi-sənaye bazasının inkişafında nələrə nail olduğuna baxanda, və bunu Qərbin əldə etdikləri ilə müqayisə edəndə, nəticə acınacaqlıdır”, – diplomat bildirib.

Kuleba qeyd edib ki, Qərb ölkələrində müdafiə istehsalının pik həddi bu ilin sonundan tez olmayacaq. Eyni zamanda,  Kulebanın sözlərinə görə, hazırda cəbhədə, Rusiya ordusu artilleriyada Ukrayna qüvvələri üzərində çoxsaylı üstünlüklərə malikdir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*