Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşübbackend

Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb

Həcc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana yola düşüb.

Bu barədə KONKRET.az-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, təyyarə yerli vaxtla saat 12:30-da Bakıya çatacaq: “Bu gün ümumilikdə 180 zəvvar Azərbaycana yollanacaq. Günün ikinci zəvvar təyyarəsi isə yerli vaxtla saat 15:50-də yola düşəcək”.

Vüsal Cahangiri qeyd edib ki, zəvvarlardan ibarət digər təyyarələr gündə 2 reys olmaqla 7 və 9 iyunda yola düşəcəklər.

Xatırladaq ki, bu il ümumilikdə 1150 nəfər Həcc ziyarətinə gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*