Həccə gedən Berdiməhəmmədovdan qeyri-adi ADDIMbackend

Həccə gedən Berdiməhəmmədovdan qeyri-adi ADDIM

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Səudiyyə Ərəbistanında təkcə Həcc ziyarətinə getməyib, həm də Türkmənistana investisiyaların cəlb edilməsini müzakirə edib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, səfər iyunun 29 və 30-da baş tutub. İyunun 30-da eks-prezident Məkkədə Həcc ziyarətinə gedib.

Xatırladaq ki, 2016-cı ilin mayında Qurbanqulu Berdiməhəmmədov Məkkədə Ümrə ziyarətində (kiçik Həcc) olub.

Məlumata görə, budəfəki ziyarətdə onu nəvəsi müşayiət edib.

Daha sonra Berdiməhəmmədov Qətər əmirinin xüsusi nümayəndəsi Hadi Bin Əli Əl-Mərri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib. Həmçinin hava limanında eks-prezident Ciddə şəhərinin hakimi Şahzadə Səud bin Abdulla bin Cəlavi Al Səud və İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli Əl-Mədəni ilə görüşüb.

İqbal Rayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*