“Hələ 5 il keçməyib” – Rusiya XİN-dən sülhməramlıların mandatı ilə bağlı AÇIQLAMAbackend

"Hələ 5 il keçməyib" - Rusiya XİN-dən sülhməramlıların mandatı ilə bağlı AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi sülhməramlıların mandatının uzadılması ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Jurnalistlər oktyabrın 31-də Soçidə keçiriləcək üçtərəfli sammitdə Paşinyanın imzalamağa hazır olduğu Qarabağdakı rus sülhməramlılarının mandatının 20 ilədək uzadılması məsələsinin müzakirə edilib-edilməyəcəyi ilə bağlı xarici işlər nazirinin müavini Andrey Rudenkoya sual veriblər.

Nazir müavini aydınlıq gətirib ki, kontingent Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq bu regionda yerləşdirilib.

“Onun aydın mandatı var – beş il. Hələ beş il keçməyib”,- deyə o bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*