“Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması zamanı yaralanan iki nəfər hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) Hospitalındadırlar”.
KONKRET.az xəbər verir ki, bunu DSX-nin rəisi müavini İlham Mehdiyev deyib.
O qeyd edib ki, hadisə zamanı yaralanan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlunun vəziyyəti normaldır: “Onlar ayaq üstədirlər”.
Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb./report/
***
16:48
Xəbər verdiyimiz kimi, bu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə 14 nəfər şəxsi heyət həlak olub.
KONKRET.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, qəza zamanı ölənlərlə yanaşı yaralılar da var. DSX yaralıların adını açıqlayıb. Həmin şəxslər polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğludur.
Qeyd edək ki, hərbi helikopter “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.
