HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının komandiri Məhəmməd Əvdə və ailəsi İsrail ordusunun Qəzza zolağına hücumu zamanı öldürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə HƏMAS-ın verdiyi yazılı açıqlamada bildirilir.
“Böyük qürur və şərəflə Fələstin xalqına, ərəb və İslam dünyasına və dünyanın bütün azadlıqsevər insanlarına əl-Qəssam Briqadalarının böyük komandiri, qəhrəman Məhəmməd Əvdənin şəhid olduğunu elan edirik”, – açıqlamada deyilir.
Məlumata görə, Əvdə, həyat yoldaşı və iki uşağı dünən gecə İsrail ordusunun Qəzza şəhərində bir yaşayış məntəqəsini bombardman etməsi nəticəsində həlak olub.\\Sfera.az
