“Əgər qonşunuz miqrantdırsa, hərbi komissarlığa zəng edin”.
KONKRET.az xəbər verir ki, belə bir şüar Sibir sakini tərəfindən çatların birində yerləşdirilib. Böyük Vətən Müharibəsi illərində “Vətən çağırır” plakatına yerləşdirilən bu sözlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İnternet çatlardakı söhbətlərin birində hərbçilərin arvadları vətənlərinin bütün nemətlərindən bəhrələnən, lakin ağır gündə müharibədən yayınan miqrantların da komissarlığa çağrılmasını təklif edirlər. Qadınlardan biri Hərbi Komissarlığa gətirilən 10 miqrantın müqabilində müharibədə olan ərlərin qaytarılmasını təklif edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
