Hərəkətsizlik ölümə səbəb olurbackend

Hərəkətsizlik ölümə səbəb olur

Alimlər hər il dünyada əhalinin ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlayıb.

KONKRET.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aparılan araşdırmalara görə son zamanlar ölümlərin artmasına əsas səbəblərdən biri kimi insanların hərəkətsizliyi göstərilib.

Dünya Ürək Federasiyası artan ölümlərin 6 faizinin insanların hərəkətsizliyi ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, gündə ən az 1 saat ayaqla gəzməlisiniz. əgər oturaq işdə işləyirsinizsə, hər 1 saatdan bir ayağa qalxıb yerinizdə hərəkətlər edin.

Hazırki dönəmdə dünya əhalisinin böyük hissəsi şəkərli, duzlu və piylənməyə meyilləndirən qidalara üstünlük verir. Məhsulların düzgün şəraitdə saxlanılmaması 10 ölüm halından 4-nə səbəb kimi göstərilir.Alimlər siqaret çəkənlərə də xəbərdarlıq edib. Əgər onu birdəfəlik tərgidə bilmirsinizsə, gündə istifadə sayını azaldın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*