Həyatımız riyaziyyat kimidir – Eyni müstəvi üzərində oldunsa…backend

Həyatımız riyaziyyat kimidir - Eyni müstəvi üzərində oldunsa...

İmarət Cəlilqızı, filoloq

Həndəsədən şifahi imtahan verirdik.

Biletimə düşmüş suallara bildiyim qədər cavab verdim. Müəllimim assistentinə təklif etdi ki, mənə əlavə suallar versin. Assistent müəllim məndən paralel düz xətlərin tərifini soruşdu. Mən söylədim:

“Heç vaxt üst-üstə düşməyən və kəsişməyən düz xətlərə paralel düz xətlər deyilir”.

Müəllim “Cavabın doğru deyil” dedi. Mənim tutulduğumu görüb masanın üstündən iki qələm götürdü, hərəsini bir əlinə aldı, sağ əlindəki qələmi üfiqi, sol əlindəkini isə şaquli vəziyyətdə tutdu, üfiqi vəziyyətdə olan qələmi sağa-sola, şaquli halda olanı isə yuxarı-aşağı hərəkət etdirdi və soruşdu:

-Kəsişirmi?

-Yox.

-Üst-üstə düşürmü?

-Yox.

– Bəs paraleldirmi?

-Yoox..

Müəllim gülümsəyərək qələmləri masanın üstünə yanaşı qoydu, bu vəziyyətdə hər ikisini sağa-sola hərəkət etdirdi və dedi:

-Görürsənmi, yenə kəsişmir, amma indi…,- cümlənin davamını məndən gözlədi. Mən artıq mətləbi anlamışdım və dedim:

-İndi artıq paraleldir.

Müəllim məmnun və təntənəli bir təbəssümlə təsdiq etdi:

-Bəli, indi artıq paraleldir! Bayaq sən tərifi söyləyəndə vacib bir şərti qeyd eləməyi unutdun. Tərifin əvvəlində mütləq “eyni bir müstəvi üzərində olub” şərtini söyləmək lazım idi – eyni bir müstəvi üzərində olub heç vaxt üst-üstə düşməyən və kəsişməyən düz xətlərə paralel düz xətlər deyilir.”

Tərifi söylərkən unutduğum bu şərti o imtahandan sonra nədənsə heç vaxt unutmadım və o, illər boyu müxtəlif situasiyaların dərkində və izahında mənim karıma gəldi. Anladım və dəfələrlə müşahidə etdim ki, “eyni bir müstəvi üzərində yerləşmə” şərti təkcə həndəsəyə aid bir qaydanın tərkib hissəsi deyil. Bu frazanın dərin və özünəməxsus fəlsəfi bir tutumu var – düşündürücü…

 

  • Nurlan Celilova
    Aprel 7, 2024 - 18:13

    Eziz ve deyerli İmaret müellime!
    Sizinle tam razıyam ,eyni müstevide olmayanda doğru bildiklerimiz heqiqet payını itirir.Tecrübeler müxtelif olsa da ,neticemiz eynidir💐

    • İMARƏT CƏLİLQIZI
      Aprel 9, 2024 - 03:40

      Münasibət bildirdiyinize görə çox təşəkkür edirəm, doktor – əziz Nurlan xanım. Var olasînız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*