Hikmət Hacıyev: Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdibackend

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi

Azərbaycan və Ermənistan liderləri arasında bu yaxınlarda baş tutan görüş çox konstruktiv mühitdə keçdi.

KONKRET.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzində çıxışı zamanı deyib.

“Hər iki tərəf sülh gündəliyini daha da irəli aparmaq, iki ölkə arasında etimadın bərpası, regionda əlaqələndirmə və bağlantı da daxil olmaqla, ticarət əlaqələrini daha da inkişafı üçün ikitərəfli qarşılıqlı əlaqədə olmaq barədə razılığa gəlib. Bununla yanaşı, TRIPP konsepsiyasının inkişafı ilə bağlı müsbət siqnallar var. Bu layihənin reallaşdırılmasına tam sadiqlik nümayiş etdirdikləri üçün amerikalı tərəfdaşlarımıza minnətdarıq”, – deyə H.Hacıyev əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*