Hikmət Hacıyev: “Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqton, Brüssel və Parisdə deyil, burdadır”backend

Hikmət Hacıyev: "Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqton, Brüssel və Parisdə deyil, burdadır"

“Ermənistan anlamalıdır ki, sülhün kökləri, toxumları Vaşinqton, Brüssel və Parisdə deyil, burdadır”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu sülhün irəli aparılması, ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan regionun içinə baxmalı, Azərbaycanla danışıqları davam etdirməlidir:

“Azərbaycanda xoş niyyət var. Ölkəmizin suverenliyi təmin edilib, regionda yeni status-kvo yaranıb və bu status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanan legitim status-kvodur. Bundan əvvəlki status-kvo, hansı ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edərək yaratmışdı, Ermənistanın dəstəkləyicisi olan Minsk qrupu üzvləri də müdafiə edirdi, bu, haqsız və qəbuledilməz idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*