BDU-nun prorektoru vəzifəsindən azad edilibbackend

BDU-nun prorektoru vəzifəsindən azad edilib

Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad olunub.

KONKRET.az xəbər verir ki, əldə etdiyi xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.

Coğrafiya elmləri doktoru, professor F.İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru idi. O, 2021-ci ildən bu vəzifədə çalışırdı.

F.İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və  Coğrafiya fakültəsinin dekanı olub.

Qeyd edək ki, F.İmanov bir müddət əvvəl prorektor vəzifəsindən azad olunub. Onun işdən çıxarılmasının universitetlə bağlı baş verən son hadisələrlə əlaqəsi yoxdur.\\olke.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*