Hindistan G20 sədrliyini Braziliyaya təhvil verdibackend

Hindistan G20 sədrliyini Braziliyaya təhvil verdi

Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Sammitində sədrlik Braziliyaya təhvil verilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, G20 Liderlər Sammitinin yekun iclasında Hindistanın Baş naziri Narendra Modi rəmzi sədrlik toxmağını Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya təqdim edib. Beləliklə, G20-nin müddətli sədrliyi Braziliyaya keçib.

Braziliyanın dekabrın 1-dən etibarən öhdəsinə götürəcəyi G20 dövr sədrliyi 2025-ci ildə Cənubi Afrikaya, 2026-cı ildə isə ABŞ-yə keçəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*