Hindistan kainatdakı qara dəlikləri ARAŞDIRACAQbackend

Hindistan kainatdakı qara dəlikləri ARAŞDIRACAQ

Hindistanda qara dəlikləri araşdırmaq üçün nəzərdə tutulmuş XPoSat peykini daşıyan daşıyıcı aparat kosmosa buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə yanvarın 1-də “Hindustan Times” qəzeti məlumat yayıb.

“Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ilk kosmik missiyasının bir hissəsi olaraq 2024-cü ildə X-ray polarimetr peyki XPoSat-ı orbitə buraxıb”, – nəşrdə deyilir. Peyk orbitə PSLV-C58 daşıyıcı aparatı ilə çıxarılacaq. Kosmosa uçuş Sriharikota adasında yerləşən Satish Dhawan Kosmik Mərkəzində baş tutub.

“Bu peyklə Hindistan ABŞ-dan sonra qalaktikamızda qara dəlikləri və neytron ulduzları öyrənmək üçün ixtisaslaşmış astronomik rəsədxana göndərən dünyada ikinci ölkə olacaq”, – materialda deyilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*