Hindistan Rusiyanı bu ölkələrə “dəyişdi”backend

Hindistan Rusiyanı bu ölkələrə "dəyişdi"

Hindistanın iki dövlət neft emalı zavodu “Hindustan Petroleum Corporation Ltd” və “Mangalore Refinery and Petrochemicals Ltd” ABŞ və Yaxın Şərqdən 5 milyon barel xam neft alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, “Hindustan Petroleum Corporation Ltd” yanvar ayında tədarük üçün həm ABŞ-dan “West Texas Intermediate”, həm də Əbu Dabidən “Murban” xam neftindən 2 milyon barel alıb:

“Mangalore Refinery and Petrochemicals Ltd” isə yanvarın 1-dən 7-dək tədarük üçün İraqdan 1 milyon barel “Basra Medium” xam neft alıb. Neft emalı zavodları Rusiya tədarüklərinə alternativ axtarır. Hər iki şirkət sanksiya riskləri səbəbindən Rusiya neftinin alışını dayandırıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*