Türkiyənin müxalif “Vətən” partiyasının sədri Doğu Perinçek iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitini “ittifaqın dəfn mərasimi” adlandırıb.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, o, ABŞ və İsrailin yaratdığı təhdidlərə qarşı çıxa biləcək yeganə qüvvənin Türkiyə, Rusiya, Çin və İrandan ibarət ittifaq olacağını iddia edib.
“İyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti təşkilatın dəfn mərasimi olacaq. Türkiyə üçün NATO sistemində müstəqillik, suverenlik, təhlükəsizlik və ya iqtisadiyyat yoxdur, ona görə də ittifaqdan çıxmalıdır”, – o, İstanbulda NATO iclasına həsr olunmuş konfransda bildirib.
Perinçek iddia edib ki, Türkiyə, Rusiya, Çin və İran arasında ittifaqın yaradılması dörd ölkə üçün zəruri və qaçılmazdır:
“Bu onlar və bütün bəşəriyyət üçün müharibənin qarşısını almağın yeganə həllidir. Bu ittifaq ABŞ və İsrailin yaratdığı təhlükəni cilovlaya bilən qüvvədir”.
