Bir dövrün əfsanəvi ekran işi olan “Yaprak dökümü” serialının unudulmaz aktrisaları Güler Ökten və Bennu Yıldırımlar yenidən eyni çəkiliş meydançasını bölüşəcəklər.
KONKRET.az demokrataz-a istinadən xəbər verir ki, uzun illər sonra iki məşhur simanın yolları yenidən kəsişib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, aktrisalar bədii film layihəsində birlikdə rol alacaqlar. Onlar reytinqləri alt-üst edən “Aşk Tesadüfleri Sever” filminin növbəti, yəni üçüncü hissəsində çəkilmək üçün razılıq veriblər.
