İsrail qondarma “erməni soyqırımı” iddialarını rəsmi şəkildə tanıya bilər.
KONKRET.az-ın xəbərinə görə, İsrailin xarici işlər naziri Gideon Saarın hökumətin yaxın günlərdə keçiriləcək iclasında 1915-ci il hadisələri ilə bağlı erməni tərəfinin irəli sürdüyü qondarma “soyqırımı” iddialarının rəsmi tanınmasını nəzərdə tutan qətnamə layihəsini təqdim edəcəyi gözlənilir.
Bu barədə i24 telekanalı məlumat yayıb.
Məlumata görə, sənəd qəbul olunacağı təqdirdə, İsrail bu məsələdə rəsmi mövqeyini dəyişmiş olacaq.
Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu da ölkəsinin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıdığını bəyan etmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
