Bakıda imtahan balı ailəni bir-birinə qatdıbackend

Bakıda imtahan balı ailəni bir-birinə qatdı

Bakıda qayınata ilə gəlini arasında baş verən mübahisə xəsarətlə nəticələnib.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

İddialara əsasən, 65 yaşlı kişi 9-cu sinif buraxılış imtahanında 130 bal toplayan nəvəsinə irad bildirib. Bu zaman gəlini ilə aralarında mübahisə yaranıb. Əsəbiləşən qayınata əlindəki stəkanı qadına atıb və o, üz nahiyəsindən xəsarət alıb.

Hadisə ilə bağlı cinayət işi açılsa da, tərəflər barışdığı və zərərçəkənin şikayətçi olmadığı üçün məhkəmə cinayət təqibinə xitam verərək təqsirləndirilən şəxsi məsuliyyətdən azad olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*