ABŞ, İsrail və BƏƏ birləşdi – Nə baş verir?backend

ABŞ, İsrail və BƏƏ birləşdi - Nə baş verir?

ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail texnologiya və iqtisadi əməkdaşlığın inkişafına həsr olunmuş ilk üçtərəfli danışıqlarını keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi artım, energetika və ətraf mühit məsələləri üzrə müavini Ceykob Helberq sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, görüş “Pax Silica” texnoloji alyansının ikinci sammiti çərçivəsində baş tutub.

Qeyd edək ki, “Pax Silica” ABŞ-nin təşəbbüsü ilə yaradılmış platformadır. Layihə yarımkeçiricilər, strateji əhəmiyyətli faydalı qazıntılar, enerji resursları və süni intellekt texnologiyaları sahəsində innovativ istehsal və təchizat zəncirlərinin formalaşdırılmasını hədəfləyir.

Alyansa Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Avstraliya, Hindistan, İsrail, BƏƏ, Cənubi Koreya, Yaponiya, Qətər və digər böyük iqtisadiyyatlar daxildir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*