Hindistan üçün daşınan Rusiya nefti Çinə boşaldılırbackend

Hindistan üçün daşınan Rusiya nefti Çinə boşaldılır

Hindistan üçün nəzərdə tutulan Uzaq Şərq nefti olan “Sokol” Çində boşaldılıb.

KONKRET.az xəbər verir ki, ABŞ-ın sanksiyalarına məruz qalan “Litayni Prospekt” tankeri 700 min barel “Sokol” neftini boşaltmaq üçün Çinin Huanxua limanındakı terminala daxil olub.

“Litayni Prospekt” Uzaq Şərq neftini Hindistana daşıyan tankerlərdən biri olub, lakin həmin vaxta qədər səfəri dayandırıb. O da bildirilir ki, ödənişdə problemlər yarandığından yüklər çatdırılmır.

Mənbələr bildiriblər ki, limanlar alıcılara gömrük rəsmiləşdirilməsində heç bir problem olmayacağını desə də, lakin neftin uzun müddət saxlanmasına icazə verilməyəcək.

Reuters hesab edir ki, “Sokol” neft tankerlərinin gecikməsi Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiyada neft ticarətində ən böyük maneədir.

Qeyd edək ki, dekabr ayından Hindistan neftayırma zavodları Rusiyanın “Sokol” markalı neftinin alışını azaldıb. Bunun səbəbləri arasında sanksiyalar, ödənişlərin qiyməti və valyutası var. Təchizat fevral ayında bərpa edilsə də, Çin neftayırma zavodları artıq xeyli miqdarda Uzaq Şərq neftini ala biliblər.

Bloomberg yazır ki, “Çində neft emalı zavodları Rusiyanın Uzaq Şərqindən artan miqdarda xam neft alır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*