Hindistanda cinsi istismar ilə fərdin ölümünə səbəb olan insanların edamını nəzərdə tutan qanun layihəsi hazırlanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsi Qərbi Benqal Dövlət Assambleyası tərəfindən qəbul edilərək parlamentə təqdim olunub.
Cinsi zorakılıq ilə fərdin ölümünə səbəb olan şəxslərə ölüm cəzasının verilməsini nəzərdə tutuan qanun layihəsi əyalət parlamentində yekdilliklə qəbul edilib.
Bununla da Qərbi Benqal ölkədə cinsi istismar, kütləvi cinsi istismar və uşaqlara qarşı cinsi cinayətlər ilə bağlı qanunlara dəyişiklik edən ilk ştat oldu.
Parlamentin qəbul etdiyi qanun layihəsi Qərbi Benqal qubernatoru Ananda Bose və Hindistan prezidenti Droupadi Murmu tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Aygün Mirakif,
KONKRET.az