Koronavirus pandemiyasına görə Hindistanın bütün bölgələrində karantin elan olunub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Narendra Modi açıqlama edib. Bildirilib ki, 25 mart gecə 00:00-dan etibarən ölkədə tam izolyasiya prosesi başlayacaq. Bu müddət 21 gün davam edəcək.
Bu addım 1,3 milyard əhalinin yaşadığı Hindistanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə atılıb.
