Hindistanda keçmiş siyasətçi və qardaşı canlı efirdə GÜLLƏLƏNDİ – VİDEObackend

Hindistanda keçmiş siyasətçi və qardaşı canlı efirdə GÜLLƏLƏNDİ - VİDEO

Hindistanda adam oğurluğunda təqsirli bilinən keçmiş siyasətçi Atik Əhməd canlı efirdə güllələnərək öldürülüb. Onunla birlikdə qardaşı da Uttar Pradeş ştatının Prayagraj şəhərində jurnalistlərin suallarını cavablandırarkən güllələnib.

KONKRET.az xəbər verir ki, hadisədən sonra özünü jurnalist kimi təqdim edən 3 nəfər həbs olunub.

Xatırladaq ki, Əhməd Atikin oğlu da, bir neçə gün əvvəl polis tərəfindən güllələnərək öldürülmüşdü.

Əhməd və qardaşı 2005-ci ildə deputat Raju Palın qətlində əsas şahidin öldürülməsi ittihamı ilə bağlı həbsdə idilər.

Əhmədin öldürülməsindən sonra Uttar Pradeş əyalətinin baş naziri hadisənin araşdırılmasını və ştatın rayonlarında kütləvi toplantıların qadağan olunmasını tələb edib.

Hindistan mətbuatı yazır ki, bu hadisə ölkə siyasətində cinayət və korrupsiya ilə bağlı problemləri, eləcə də bu hadisələrlə mübarizənin zəruriliyini önə çıxarır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*