Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı ETSN-dən açıqlama – YENİLƏNİBbackend

Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı ETSN-dən açıqlama - YENİLƏNİB

Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) açıqlama verilib.

KONKRET.az-ın məlumatına görə, nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.

“Şübhəli şəxslər dindirilir. Parkın direktoru haqda yayılan məlumat həqiqəti əks etdirmir”, – deyə nazirlikdən məlumat verilib.

***

19:18

Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.

KONKRET.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, parkın direktoru və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*