Hörmüz boğazından çıxan neft tankeri naməlum sursatla hücuma məruz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Hadisə ilə əlaqədar bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmaq tövsiyə edilib.
Qeyd edək ki, otyabr ayında Hörmüz boğazında gəmilərə qarşı 30-dan çox hücum qeydə alınıb.
