Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə telefonla taxıl sazişini müzakirə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Oktyabrın 31-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının müdafiə naziri Hulusi Akar arasında telefon danışığı aparılıb. Söhbət zamanı Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlər müzakirə edilib”, – məlumatda deyilir.
17:26
Türkiyə milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparacaq.
KONKRET.az-ın xəbərinə görə, Akar danışıq zamanı taxıl dəhlizi ilə bağlı son hadisələri Şoyqu ilə müzakirə edəcək.
