Husilər BMT əməkdaşlarını girov götürdübackend

Husilər BMT əməkdaşlarını girov götürdü

Yəmənin şimalında hakim olan “Ənsar Allah” (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin bu gün verdiyi bəyanatda bildirilib.

Məlumata görə, onlar husilərin nəzarətində olan ərazilərdə işləyiblər. Təşkilatın ələ keçirilmiş nümayəndələrinin dəqiq sayı açıqlanmır.

“BMT-nin Yəməndəki əməkdaşları husi rəhbərliyi ilə fəal əməkdaşlıq edərək bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər”, – bəyanatda qeyd olunub.

Husilər sözügedən məsələyə münasibət bildirməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*