“Huşumu itirdim” – Sərhəddə yaralanan hərbçimiz DANIŞDIbackend

"Huşumu itirdim” - Sərhəddə yaralanan hərbçimiz DANIŞDI

“Sərhəd döyüş məntəqəmizdə iki nəfərlə vəzifəmizi yerinə yetirirdik. Qarşıdakı düşmən postların müşahidəsini aparırdıq. Bu zaman tək bir atəş səsi eşitdim. Həmin an huşumu itirdim”.

KONKRET.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ötən gün dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib.

Hazırda xəstəxanada müalicəsini davam etdirən əsgər əməliyyat olunduğunu bildirib:

“Əməliyyat yaxşı keçdi. Yavaş-yavaş səhhətim düzəlir. Həkimlər əlindən gələni edirlər. Tezliklə sağalıb, döyüş məntəqəsinə qayıdaraq xidmətimi davam etdirmək istəyirəm. Sərhədçi olduğum üçün fəxr edirəm. Vətən sağ olsun”.

Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*