“İctimai nəqliyyat birmənalı olaraq gəlirli sahə deyil”.
KONKRET.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Nazir müavini bildirib ki, ictimai nəqliyyat ən yaxşı halda subsidiya ilə işləyir, odur ki, bu sahədə subsidiyalaşdırmanı həyata keçirmək üçün ictimai nəqliyyatın özünün gəlirlərindən istifadə olunur:
“Məsələn, 28 May və 20 Yanvar kimi nəqliyyat qovşaqlarının olduğu, insanların çox olduğu yerlərdə ticarət obyektlərinə böyük tələbat var. Bu cür qovşaqlarda bunu tətbiq edə bilsək, təbii ki, özəl sektordan söhbət gedir, ictimai nəqliyyat sektorunu inkişaf etdirmək mümkündür”.
