Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin (DSK) Şərur və Culfa Rayon Statistika İdarələrinin rəisləri vəzifələrindən azad olunub.
KONKRET.az bildirir ki, bununla bağlı muxtar respublikanın DSK sədri Hüseyn Bağırov müvafiq əmrlər imzalayıb.
Belə ki, Şərur Rayon Statistika İdarəsinin rəisi Ramiz Rəsulov və Culfa Rayon Statistika İdarəsinin rəisi Məhərrəm Məmmədov vəzifələrindən azad ediliblər.
Hələlik sözügedən idarələrə təyinat olmayıb./iqtisadiyyat.az
