Zaqatalada 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evində yanğın olub.
KONKRET.az xəbər verir ki, yanğın günorta saatlarında rayonun Lahıc kəndində, kənd sakini Süleyman Saleh oğlu Yusifova məxsus ikimərtəbəli, 6 otaqdan ibarət evdə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Yanğının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.