İsrail hökumətinin ötən ay təsdiqlədiyi “erməni soyqırımı”nın tanınması ilə bağlı qərar Knessetin səsverməsinə çıxarılmayıb.
KONKRET.az bildirir ki, Haaretz qəzetinin məlumatına görə, buna Azərbaycan tərəfi ilə aparılan təmaslar təsir edib.
Nəşr yazır ki, İsrailin xarici işlər naziri Gideon Saar məsələni gündəmə gətirsə də, Azərbaycanın Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin Baş nazir Benyamin Netanyahunun ofisi ilə əlaqəsindən sonra səsvermə dayandırılıb.
Məlumata görə, daha sonra İsrail tərəfi Azərbaycan nümayəndələrinə məsələnin Knessetin gündəliyindən çıxarıldığını və parlamentin yay tətilinədək səsverməyə çıxarılmayacağını bildirib.
İsrail Xarici İşlər Nazirliyi isə səsvermənin Benyamin Netanyahunun göstərişi ilə təxirə salınması iddiasını təkzib edib. Bununla belə, məsələni Knessetin müzakirəsinə çıxarmamağın səbəbi ilə bağlı əlavə açıqlama verilməyib.
Günay Əli
KONKRET.az
