Əraqçi: Netanyahu İranı parçalamaq istəyirbackend

Əraqçi: Netanyahu İranı parçalamaq istəyir

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu İslam Respublikasını məhv etmək istəyir.

KONKRET.az report-a istinadən xəbər verir ki, o, bunu müsahibəsində deyib.

“Netanyahu bildirib ki, yarımçıq qalmış bir iş var və bu, İslam Respublikasının məhv edilməsidir”, – Əraqçi vurğulayıb.

Onun sözlərinə görə, Netanyahu bu səbəbdən ABŞ Prezidenti Donald Trampı İranla müharibəyə yönəldib:

“Düşmən qeyd-şərtsiz təslim olma tələbi ilə başlayıb və son nəticədə İranla memorandum imzalayıb. Yəni İran ABŞ qarşısında mövqeyini qoruyub və bu ölkəni İslam Respublikasının suverenliyinə hörmət etməyə məcbur edib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*