ABŞ Prezidenti Donald Tramp respublikaçı senatorları Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini genişləndirərək İrana qarşı məhdudlaşdırıcı tədbirləri də sənədə daxil etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Trampın sözlərinə görə, bu təşəbbüs qanun layihəsinin müəlliflərindən olan və hazırda vəfat etmiş senator Lindsi Qremin də istəyi olub.
Xatırladaq ki, Tramp daha əvvəl Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinin qəbul olunması üçün “yaxşı şans” olduğunu bildirmişdi. O, həmçinin yeni təşəbbüsə İran və “Hizbullah”a qarşı sanksiyaların da daxil edilə biləcəyini istisna etməmişdi.
Günay Əli
KONKRET.az
